Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 120-ə çatıb

  • By admin
  • 25 İyun 2018 09:30

Qvatemalada vulkandan sonra daha 8 nəfərin meyiti tapılıb.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, milli polis idarəsi itkin düşdüyü barədə məlumat verilən insanların meyitlərini aşkar edib.

 Qeyd edək ki, Fueqo vulkanı iyunun 3-də püskürüb. İndiyədək 120 nəfərin meyiti tapılıb. Daha 189 nəfərin itkin düşdüyü bildirilir. 57 nəfər xəsarət alıb, 186 ev dağılıb.