Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

  • By Admin2
  • 27 Fevral 2025 14:16

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Azərbaycana rəsmi səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Gununsesi.info