Rəcəb Tayyib Ərdoğan sentyabrda Azərbaycana səfər edəcək

  • By admin
  • 18 Avqust 2017 13:28

erdogan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər sentyabrın 10-11-də baş tutacaq.

Məlumata görə, dövlət başçısının gələn ay xarici ölkələrə edəcəyi səfərlərin tarixi açıqlanıb. Türkiyə lideri avqustun 21-də İordaniyaya, sentyabrın 8-10-da Qazaxıstana, sentyabrın 10-11-də isə Azərbaycana səfər edəcək.

Sentyabrın 19-dan 25-dək isə R.T.Ərdoğan  BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkada olacaq.

Gununsesi.info