Rəqsanə Elzanın cavabını verdi - "Allah hər kəsə ağıl, dərrakə verib"

  • Müəllif: admin
  • 21 Sentyabr 2016 13:34

reqsane

Bir neçə gün öncə Elza Seyidcahan verilişlərin birində Rəqsanə İsmayılovanın ünvanına xoşa gəlməz sözlər söyləmişdi.

Gununsesi.info xəbər verir ki, bu barədə qarşı tərəf sosial şəbəkə vasitəsilə fikir bildirərək, artıq qalmaqaldan uzaq durduğunu bildirib.

“Bu həyatda hər birimiz qonağıq, Allah bizə ağıl və dərrakə verib. Elza xanım anadır iki övladı var istəmirəm ona nəsə deyim. Şəxsən  özünə yazmışam. Azərbaycan xalqının nümayəndəsiyik düşmən deyilik. Mənim heç kimlə problemim yoxdur Allahdan başqa heç kimdən qorxum yoxdur. Bu yaşımda dava etmək mənə yaraşmaz ayıbdı həyatda bir insanın qəlbini qırmaq günahdır. Elza xanımın etdiyi günahı Allah bağışlasın. Anam dedi ki, baş qoşma, boş ver. Anamın sözü mənim üçün hamısından vacibdir”.                                                                                                      Gununsesi.info