Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib

  • By admin
  • 20 Avqust 2019 13:23

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Modern.az saytına pilotun qayınatası Qabil Hüseynli məlumat verib.

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək.

Mərhumun sabah dəfn olunması planlaşdırılır. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

***

Müdafiə Nazirliyi də polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqlarının tapılaraq dənizdən çıxarılması haqda rəsmi məlumat yayıb.

Qeyd edilib ki, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.