Rəşid Mahmudov Prezidentə üz tutdu: “Əli Əliyevi, Bəxtiyar Hacıyevi, Tofiq Yaqublunu azadlığa buraxın”

  • By admin
  • 21 Yanvar 2023 16:07

“Azərbaycan Prezidenti İlham Əliyevdən artıq dərəcədə xahiş edirəm. Əli Əliyevi, Bəxtiyar Hacıyevi, Tofiq Yaqublunu azadlığa buraxsın. Onlar sözə görə tutulub. Sözə görə insanı həbsə atmaq olmaz”.

Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycanın görkəmli ziyalısı, professor Rəşid Mahmudov deyib.

Həmin şəxslərin cinayətkar olmadığını vurğulayan, professor əlavə edib ki, hətta günahları varsa belə onların yeri həbsxana deyil: “Belə insanları həbsdə saxlamaq olmaz. Əgər düşünürlərsə ki, hansısa səhvləri var, mən onların adından üzr istəyirəm”.

 

Elmar

Gununsesi.info