Rəsmi Bakıdan Gürcüstana dəstək paylaşımı

  • By admin
  • 08 Avqust 2022 13:52

Azərbaycan Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri ilə dəstəkləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter paylaşımında bildirilir.

“Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqliyə əsaslanan strateji tərəfdaşlığa malikdir”, – məlumatda deyilir.

Gununsesi.info