Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

  • By ilhame
  • 27 Mart 2024 19:24

“Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və üçtərəfli işçi qrup da daxil olmaqla yaradılmış üçtərəfli formatlar arasında qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırırıq”.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinqdə deyib.

“Biz tərəfləri bu mövzuda maksimum təmkinli olmağa və aqressiv ritorikadan çəkinməyə çağırırıq. Bütün ərazi mübahisələri və qarşılıqlı iddialar müstəsna olaraq siyasi-diplomatik yolla və yalnız siyasi-diplomatik üsullarla həll edilməlidir. Bu kimi məsələlər, o cümlədən anklavların qaytarılması və dəyişdirilməsi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll olunmalıdır.

Biz öz tərəfimizdən Rusiyada mövcud olan unikal kartoqrafik materialları və təcrübəni nəzərə alaraq bu işə maksimum köməklik göstərməyə hazırıq”, – o qeyd edib.

Gununsesi.info