Rəsul Quliyev xalqı təhqir etdi - AZƏRBAYCANLILARIN XARAKTERİNDƏ YALTAQLIQ VƏ MƏDDAHLIQ VAR

  • By admin
  • 31 Yanvar 2018 16:00

“Üsyankar Səfir” sabiq spikeri dostluğundan “atdı”

Hazırda Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev Azərbaycan xalqını növbəti dəfə təhqir edib.

Gununsesi.info-nun məlumatına görə, Rəsul Quliyev RATİ rəhbəri Emin Hüseynovun facebook-da təşkil etdiyi canlı diskusiyada xalqımızı yaltaq adlandırıb: “Necə ki, rus xalqının xarakterində alkoqolizm var, azərbaycanlıların da xarakterində yaltaqlıq və məddahlıq var” .

Rəsul Quliyevin bu fikirlərinə isə reaksiya özünü gecikdirməyib.

Azərbaycanın Avropa Şurasındakı sabiq səfiri Arif Məmmədov eks-spikerin bu fikirlərinə belə cavab verib: “Təəssüf ki, belə bir adam hələ də prezidentlik iddiasındadır. Bu adam nəinki bütöv rus xalqını alçaltmağa cəhd edir, bu öz xalqına qarşı da nifrət hissini bir üzə verir. Bir normal insan, siyasi iddiası olan bir şəxs öz xalqı barəsində belə şeylər deyə bilərmi?

Arif Məmmədov həmçinin, qeyd edib ki, Rəsul Quliyevi facebookdakı dostlar siyahısından da çıxarıb.

Gununsesi.info