Radikal islamçılara “Crocus”da terror törətmək üçün kömək ediblər - Rusiya FTX direktoru

  • By ilhame
  • 26 Mart 2024 22:36

“Radikal islamçılar yardım olmadan, təkcə “Crocus City Hall”da terror aktı törədə bilməzdilər”.

 

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikov bildirib.

 

“Burada siyasi fon var. Və tək islamçılar belə bir aksiya hazırlaya bilməzdilər. Təbii ki, onlara köməklik edilib”, – deyə Aleksandr Bortnikov vurğulayıb.

 

O qeyd edib ki, “Crocus City Hall”da terror aktı ilə bağlı ilkin məlumatlar Ukrayna izini təsdiqləyir.

Gununsesi.info