Raket hücumları Ukraynanın əksər bölgələrini susuz və işıqsız qoyub

  • By admin
  • 25 Noyabr 2022 09:56

Ukraynanın milli enerji şirkəti “Ukrenerqo” Rusiyanın bu həftəki intensiv raket hücumlarından sonra ölkənin elektrik enerjisinə olan ehtiyacının yalnız 50 faizinin ödənilə biləcəyini açıqlayıb.

Bu barədə Gununsesi.info Ukrayna mediasına istinadən bildirir. 

Xəbərə görə, ölkənin kommunikasiya xətlərinin də operatoru olan şirkətdən verilən açıqlamada, hücumlarda zədələnmiş əsas infrastruktur obyektlərində təmir işlərinə üstünlük verilib.

Ukrayna prezidenti Vladimir Zelenski də Rusiyanın işğalından sonra enerji təchizatı baxımından “ən çətin dövr” yaşadıqlarını bildirib.

Zelenskiy paytaxt Kiyev də daxil olmaqla 15 regionda içməli su çatışmazlığının olduğunu açıqlayıb.

Zelenskiy sözlərini belə davam etdirərək, “Rus əsgərləri necə döyüşməyi bilmirlər” deyib.

“Onların hələ də edə biləcəyi yeganə şey terror etməkdir. Enerji terroru, artilleriya terroru və ya raket terroru. Rusiya indiki liderlərinin dövründə çox aşağı düşüb”.

BBC-yə danışan Zelenskinin həyat yoldaşı Olena Zelenska da Ukrayna xalqının “enerji qıtlığına tab gətirməyə hazır olduğunu” deyib.

Onun sözlərinə görə, ölkələrində keçirilən sorğuda əhalinin 90 faizi elektrik enerjisinin kəsilməsi ilə 2 və ya 3 il yaşaya biləcəyini deyib.

Kiev

Tərcümə:

Günay Təhməzova