Ramazan Abdulatipov istefasından danışdı - "BU GÜN İSTEFA ƏRİZƏSİ YAZACAĞAM"

  • By admin
  • 27 Sentyabr 2017 17:18

610850ddb76a882deb576395173fb81d

“Əgər sağ-salamat dönərəmsə, hansısa bir işlə məşğul olacam”.

Gununsesi.info xəbər verir ki, bunu Dağıstanın rəhbəri Ramazan Abdulatipov “Qovorit Moskva” radiosuna müsahibəsində deyib.

R.Abdulatipov bildirib ki, istefaya getmək niyyətindədir: “Mən istefa ərizəsi yazacağam. Çox güman ki, istefa ərizəm elə bu gün olacaq. Bəs sonra? Harasa dönəcəm, əgər sağ və salamat olaramsa. Mənim gələcək fəaliyyətimlə bağlı çox böyük maraq dairəm var”.

R.Abdulatipov istefasının səbəbi kimi yaşını əsas gətirib: “İstefamın əsas səbəbi yaşla əlaqədardır. Artıq 71 yaşın içindəyəm. Bax, mənim istefamın əsas səbəbi budur. Yerdə qalan digər məsələlərə gəldikdə Dağıstan artıq üzləşdiyi ağır böhrandan çıxıb və inkişaf yoluna qədəm qoyub”.

Bununla belə o əlavə edib ki, Kremlə öz yerinə bir neçə nəfərin namizədliyini irəli sürüb: “Bununla bağlı son qərarı Vladimir Putin verəcək”.

Qeyd edək ki, Ramazan Abdulatipov 2013-cü ildən Dağıstana rəhbərlik edir.

Mürtəza

Gununsesi.info