Ramazan ayından sonra düzgün qidalanma necə olmalıdır? – MÜTƏXƏSSİS danışdı

Dini və sağlamlıq baxımdan faydaları çox olan Ramazan ayının son günlərini yaşayırıq. Bu ay bitdikdən sonra oruc tutanlar əvvəlki qida rejiminə qayıdır. 

Orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlarla üzləşə bilər? Əvvəlki vərdişə qayıtmaq üçün nələr edilməlidir?

 

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan sağlam qidalanma üzrə mütəxissis Validə Şıxıyeva bildirib ki, Ramazan ayında sağlam qidalanma vacib olduğu kimi Ramazan bitdikdən sonra da düzgün qidalanmaya diqqət etmək lazımdır.

 

“On bir ayın sultanı olan Mübarək Ramazan ayının son günlərinə yaxınlaşırıq. İlk öncə Allah hər kəsin ibadətini qəbul etsin. Oruc tutmağın insan orqanizminə çox böyük faydası var. Bir çox xəstəliklərin qarşısı alınır, orqanizm təmizlənir. Daha doğrusu orqanlar istirahət edir.

Ramazan bitdikdən sonra da düzgün qidalanmaya diqqət etmək lazımdır. Yüngül yeməklər ilə başlamaq və qida rasionunda meyvə tərəvəzlərin olması mütləqdir. Həddindən artıq şəkərli, yüksək kalorili qidalar qəbul etmək düzgün deyil. Əks təqdirdə həzm sisteminə zərər vermiş olar, təzyiq və şəkər yüksələ bilər. Bu da mədədə bir çox narahatlıqların ortaya çıxmasına səbəb olar”.

 

V.Şıxıyeva bildirir ki, Ramazan ayından sonra bir müddət beş saatdan bir qidalanmaq lazımdır. 

“Ramazan ayından sonra yüngül qidalanma ilə asta-asta kalorini  artırmaq lazımdır. Daha yaxşı olar ki, qidalanma beş saatdan bir olsun. Oruc boyu orqanizmdə susuzlaşma getdiyi üçün  maye qəbul etmək mütləqdir.

Məlumdur ki, Ramazan bayramında süfrələr şirniyyatlar, şəkərli və yağlı təamlarla zəngin olur olaca. Mütləqdir ki, bu təamlardan çox miqdarda qəbul edilməsin. Demirik ki, o qidaları yeyilməsin. Ancaq az miqdarda günün müəyyən hissəsində olmalıdır. Əks təqdirdə orqanizm yüklənmiş olur. Çünki orqanizm o qədər qidaları qəbul etməyə hazır deyil.

Dinimiz heç bir halda israfçılığı sevmir. Həddindən artıq təamların hazırlamağı da bir israfçılıqdir. Müxtəlif çeşidli yeməklərlə yox, kimsəsizləri sevindirməklə bayramın həzzini almaq daha gözəl olar”.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info