Ramiz Abutalıbov son mənzilə yola salınır

  • By admin
  • 04 Yanvar 2022 12:31

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbov Təzə Pir məscidindən son mənzilə yola salınır.

Gununsesi.info xəbər verir ki, mərasimdə Ramiz Abutalıbovun yaxınları, dostları, ailə üzvləri iştirak edib. Mərhumla vida mərasimi bu gün saat 12:30 – da II Fəxri Xiyabanda keçiriləcək.

Xatırladaq ki, Ramiz Abutalıbov bir müddət əvvəl yıxılaraq zədə aldığı üçün Moskvada xəstəxanaya yerləşdirmişdi. Uzun sürən xəstəlikdən sonra diplomat yanvarın 1-i axşam saatlarında müalicə aldığı xəstəxana vəfat edib.

Gununsesi.info