Ramiz Mehdiyev Nikolay Patruşevlə bu sənədi imzaladı

  • By admin
  • 19 İyun 2019 09:26

Rusiya Federeasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev MDB dövlətlərindən olan həmkarları ilə ikitərəfli danışıqlar aparıb. Təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.

Gununsesi.org bildirir ki, bu barədə ,Rusiyanın Təhlükəsizlik Şurasın aparatının mətbuat xidməti bildirib.

N.Patruşev və Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına dair cari məsələləri müzakirə ediblər, daimi informasiya mübadiləsi, iki dövlətin Təhlükəsizlik şuraları, hüquq-mühafizə və xüsusi xidmət orqanları ekspertləri səviyyəsində məsləhətləşlmələrin aparılmasını nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar.

Gununsesi.org