Ramiz Mehdiyevin deputat kürəkəni: “Maliyyə böhranının yaranmasının əsas səbəbkarı Mərkəzi Bankdır”

  • By admin
  • 28 Sentyabr 2016 13:00
merkezi bank
Azərbaycanda bankların lisenziyasının ləğv edilməsinin və maliyyə böhranının yaranmasının əsas səbəbkarı  Mərkəzi Bankdır.
Gununsesi.info xəbər verir ki,  bu fikrləri millət vəkili İlham Əliyev Milli Məclisin İqtisadi siyasət, Sənaye və sahibkarlıq komitəsinin iclasında  “Mərkəzi Bank haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunan zamanı səsləndirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın zamanında maliyyə bazarında baş verəcək prosesləri proqnozlaşdıra bilmədiyindən  və maliyyə bazarında yaranan problem zamanı  bankların lisenziyasının ləğv edilməsi nəticəsində ancaq insanlar əziyyət çəkir. “Bir də görürsən ki, hansısa banka etimad göstərilir və əhali başlayır orada əmanət yerləşdirməyə. Amma bir müddət keçəndən sonra həmin bankın lisenziyası  yenidən ləğv  edilir və bu zaman əziyyət çəkən yenə vətəndaş olur”- deyə, millət vəkili vurğualyıb.
İ. Əliyev əlavə edib ki, baxmayaraq  Mərkəzi Bank mütəmadi olaraq banklarda genişmiqyaslı yoxlama aparır. Ancaq maliyyə bazarında yaranacaq problemlə bağlı vəziyyəti əvvəlcədən  proqnozlaşdırmır: “Problem yaranan kimi də, Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi bankların lisenziyasını ləğv edir. Bu çıxış yolu deyil və bu yaranmış duruma görə Mərkəzi Bank məsuliyyət daşıyır. Çünki Mərkəzi Bank hadisələri əvvəlcədən proqnozlaşdırmalı və priventiv tədbirlər görməlidir ki,  bundan nə banklar. Nə də vətəndaşlar əziyyət çəksin”.
Mürtəza
Gununsesi.info