“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan klub prezidentinə hökm oxundu

  • By admin
  • 31 Mart 2022 15:04

Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info  xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib və təqsirləndirilən şəxs son söz deyib.

Daha sonra məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra məhkəmə hökmü elan olunub.

Hökmə əsasən E. Kəlbəliyev 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında E.Kəlbəliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.

Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93″də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

Gununsesi.info