Rasim Məmmədova ağır cəza verildi -70 MİLYONLUQ ƏMLAKI DA MÜSADİRƏ OLUNDU

  • By admin
  • 28 Dekabr 2022 17:18

Tanınmış iş adamı, “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri Rasim Məmmədovun məhkəməsi yekunlaşıb.
Gununsesi.info  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, R.Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib. Bundan başqa iş adamına və onun yaxınlarına məxsus üzərinə həbs qoyulmuş 70 milyon manat dəyərindəki əmlaklar da müsadirə olunub.
Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, 185 milyon manatlıq yeyintidə təqsirli bilinirdi.