Rayon maşınları Bakıya buraxılmayacaq - VİDEO

  • By admin
  • 19 Aprel 2018 22:56

Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmayacaq.

Gununsesi.info xəbər verir ki, aprelin 23-dən növbəti “Formula 1 Azərbaycan Qran Prisi” yarışları ilə əlaqədar paytaxtda qeydiyyatda olmayan minik və yük avtomobillərinin şəhərə girişinə qadağa qoyulacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev “Xəzər xəbər”ə bildirib ki, həmin müddət ərzində paytaxa daxil olmaq istəyən rayon qeydiyyatlı avtomobillər xüsusi duracaqlara yerləşdiriləcək.

Bakıya gəlmək istəyən rayon sakinlərinə tövsiyə olunur ki, avtobuslardan, Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər. Qadağanın nə vaxt aradan qaldırılacağı tarix isə hələlik məlum deyil.

Gununsesi.info