Rayonlara sərnişindaşıma bərpa olunacaq? — RƏSMİ AÇIQLAMA

  • By admin
  • 18 Aprel 2021 07:18

Rayonlara sərnişin daşınması hələ də bərpa olunmayıb.

Qeyd edək ki, ölkədə tətbiq olunan karantin qaydalarına görə regionlara sərnişindaşıma qadağan olunmuşdu.

Nazirlər Kabineti yayında Operativ Qərargahın regionlara gediş-gəliş qadağası hələ də qüvvədədir.

Gununsesi.info xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bu məsələyə münasibət bildirib.

“Pandemiya davam edir və avtovağzallardan regionlara gediş-gəliş qadağası qüvvədədir. Səbrlə pandemiyanın həyatımızdan yox olub gedəcəyi günləri gözləyirik”, – deyə N.Allahyarova bildirib.

Gununsesi.info