İspaniya nəhəngi “Real Madrid” Almaniyanın “Leypsiq” klubunda çıxış edən 19 yaşlı hücumçu Yan Diomandın transferi üçün 100 milyon avro ödəməyə hazırdır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, Madrid təmsilçisi Fil Dişi Sahili millisinin üzvü olan Yan Diomandı “Bavariya”nın və Fransa millisinin cinah oyunçusu Maykl Oliseyə alternativ variant kimi nəzərdən keçirir.
“Leypsiq” isə futbolçunun transferi üçün 120 milyon avro tələb edir.
19 yaşlı hücumçu ilə PSJ, “Liverpul”, “Arsenal” və “Mançester Siti” də yaxından maraqlanır.
Yan Diomand ötən mövsüm “Leypsiq”in heyətində bütün turnirlərdə 36 oyuna çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 90 milyon avro qiymətləndirir.









