“Real Madrid”dən Karlosa “yox” cavabı gəldi

  • By admin
  • 13 Oktyabr 2016 22:45

karlos

 

Keçmiş brazilyalı futbolçu Roberto Karlos “Real Madrid”ə texniki direktor olması istəyi klub tərəfindən qəbul edilməyib

Gununsesi.info  xəbər verir ki, futbolçu hal-hazırda Real Madridin Asiya – Sakit okean ölkələrində nümayəndəsi vəzifəsində çalışır.

Roberto Karlos məsələ ilə bağlı açıqlamasında bildirib.

“Kluba bu tələbimi dedim. Hələlik səfir vəzifəmi davam etdirməyi istəyirlər. Mən də bu durumdan məmnunam. “Real Madrid” çox yaxşı bir komandadır. Ehtiyatdakı futbolçular da uğurlu performans sərgiləyir. Son 4 maçtda işlər istədiyimiz kimi getmədi. Amma özümüzü ələ almaq üçün zamanımız çoxdur. Çox yaxşı bir mühit var və biz böyük bir komandayıq. La Liqanı yenə qazana bilərik”.

 

Qeyd edək ki, futbol kariyerası boyunca bir çox uğurlara imza atan Roberto Karlos Türkiyə, Rusiya, Qatar və Hindistan kimi ölkələrdə texniki direktor vəzifəsində çalışıb.

 

Gununsesi.info