“Real Madrid”in kapitanları bəlli oldu

  • By admin
  • 12 Sentyabr 2017 21:45

580539

İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) 4-cü kapitanı Kərim Benzema oldu.

Gununsesi.info goal.az-a istinadən xəbər verir ki, bu qərardan sonra “kral klubu”nda kapitanlıq sıralaması belədir: Serxio Ramos, Kriştiano Ronaldu, Marselo və Kərim Benzema.

Xatırladaq ki, Benzema 2009-cu ildə 35 milyon avro qarşlığında “Lion”dan “Real”a transfer olmuşdu. Madrid təmsilçisi ilə 2019-cu ilə qədər müqaviləsi olan fransız hücumçu keçən mövsüm 48 oyuna 19 qol vurub və 8 məhsuldar ötürmə edib.

Gununsesi.info