Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb

  • By admin
  • 09 Sentyabr 2020 17:18

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2058-dir.

TƏBİB-dən Gununsesi.info-ya verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 139, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 15-dir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb,154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37732 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, aktiv xəstə sayı 2058 nəfərdir. Ölkədə son sutka ərzində 7140, hazırkı dövrədək isə 980978 test aparılıb.

Gununsesi.info