“Red Bull” yeni bolidini təqdim etdi

  • By admin
  • 12 Fevral 2020 20:34

Avstriyanın “Red Bull” komandası 2020 mövsümü üçün yeni bolidini təqdim edib.

Gununsesi.org-un məlumatına görə, avtomobil 2019-cu ilin ikinci yarısındakı kimi qırmızı rəngdə olacaq. Diqqət çəkən əsas məqam bolidin ön-burun hissəsi ilə bağlıdır.

Xatırladaq ki, ötən illə müqayisədə “Red Bull”un tərkibində dəyişiklik olmayıb. Komandanın pilotları əvvəlki kimi Maks Ferstappen və Aleksander Albondur. “Red Bull” 2019-cu ildə Konstruktorlar Kubokunda yalnız “Mercedes” və “Ferrari”dən geri qalaraq 3-cü yeri tutublar.

Qeyd edək ki, bu il üçün mövsümöncəsi test sürüşü 19-21 və 26-28 fevral tarixlərində keçiriləcək. Mövsümün ilk yarışı olan Avstraliya Qran-Prisinə isə martın 13-də start veriləcək.

 

 

Gununsesi.org