Referendum bu ilin payızında keçirilə bilər – Prezidentdən təklif

  • By admin
  • 19 Mart 2024 09:01

Avropaya inteqrasiya ilə bağlı referendum Moldovanın yaxın onilliklər üçün bu gününü və gələcəyini müəyyən edəcək.

Gununsesi.info xəbər verir ki, bu bəyanatı Moldova prezidenti Maya Sandu keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı vurğulayıb ki, bu il Moldova dönüş ili yaşayacaq. “Mən istəyirəm ki, hamı bu payızda keçiriləcək referendumun əhəmiyyətini başa düşsün. Referendumla bağlı bir neçə dəfə müzakirələr apardıq. Vətəndaşlar Moldova Respublikasını böyük bir Avropa ailəsinin bir hissəsi kimi gördüklərini söylədilər”, – Sandu qeyd edib.

Prezidentin sözlərinə görə, Avropaya inteqrasiya xalqın layihəsidir, ona görə də niyyətləri xalq ortaya qoymalıdır. Sandu bildirib ki, parlament referendumun təşkili prosesinə başlamalıdır.

“Biz hamımız Aİ-yə inteqrasiyanın faydalarını başa düşürük. Bu ölkə layihəsi cəmiyyəti birləşdirir və sülh və firavan gələcəyi təmin etmək məqsədi daşıyır. Avropaya inteqrasiya tarixi bir fürsətdir. Bu, bizim inkişaf və sülh şansımızdır”, – deyə Maia Sandu bildirib.

Prezident ölkənin Avropaya inteqrasiyasının üstünlüklərini sadalayıb. “Avropa İttifaqında təminatlı sülh, rifah və həyat standartlarının artırılması, maaşların və pensiyaların artırılması, gözlənilən ömür müddətinin artırılması, qanunun aliliyinə zəmanət və infrastruktur layihələrinin inkişafı haqqında danışırıq”, – Sandu bildirib.

Artıq referendum mövzusu ilə bağlı 20 raund müzakirələr aparılıb. Onlarda müxtəlif icmaların və sosial qrupların 500-dən çox nümayəndəsi iştirak edib. Referendum bu ilin payızında təşkil oluna bilər. Bunu Maya Sandu təklif edib.

 

Gununsesi.info