“Sentyabrın 26 da keçirilən referendum tam legitimdir və Azərbaycan xalqının iradəsini ifadə edir. Biz bir partiya – BAXCP olaraq keçirilən referendumu legitim hesab edirik. BAXCP-nin seçki məntəqələrində minlərlə nümayəndəsi təmsil olunurdu. Seçki prosesində çox yaxından iştirak etmişik. Şəxsən özüm yaşadığım Abşeron rayonun da apardığı müşahidələrə də söykənərək deyə bilərəm ki, həm 50 saylı Abşeron-Qobustan, həm də 45 saylı Abşeron seçki dairəsində seçki günü bütün məntələr də sesvermə növbəsi yaranmışdı”.
Gununsesi.info-nun məlumatına görə, bu açıqlamanı BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı verib. Onun sözlərinə görə, seçki də həddindən artıq seçki fəallığı var idi: “Məntəqələrdə yaranmış seçki növbəsini özümün 50 000 izləyicisi olan “Facebook” səhifəm də yaymışdım. Son parlament seçkilərində deputatlığa namizəd olmuşam və 26 sentyabrda olan seçki aktivliyi müşahidə edilməmişdi. Demək olar ki, seçkiyə bütün təbəqənin nümayəndələri qatılırdı. Bütün bunlar Azəbaycan xalqının gözü qarşısında baş verib”.
N. Orduxanlı müxalifətin seçki ilə bağlı verdiyi bəyanata da münasibət bildirib: “Bu gözlənilən idi. Radikal müxalifət 23 ildir ki, inkarlıq siyasətini aparır. Bütün rənglərə qara deyirlər. Seçki ilə bağlı özlərinin mətbuat orqanların da bir neçə video yayıblar. Həmin videolar da qanun pozuntuları görünür. Bütün bunları Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırmalıdır və baş vermiş neqativ hadisəyə rəsmi münasibət olmalıdır. Ancaq bir daha qeyd etmək istəyirəm ki, bir neçə qanun pozuntusu bütövlükdə seçki prosesinə heç bir təsir edə bilməz. Seçki çox yüksək şəkildə keçirildi . Bütün bunları beynəlxalq müşahidəcilər də öz bəyanatlarında səsləndirdi. AŞPA-nın referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski öz rəyini bildirdi ki, referendum mill qanunvericiliyə uyğun keçirilib və Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur. Səsvermə prosesi şəffaf və yaxşı təşkil olunub, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Hesab edirik ki, referendumun nəticələri Azərbaycanın təhlükəsiz, stabil və davamlı inkişafı istiqamətində bir addım kimi Azərbaycan xalqının iradəsini ifadə edir. Azərbaycan hökumətini gələcəkdə seçki prosesini daha da inkişaf etdirməyə çağırırıq. Seçkini müşahidə edən bütün beynəlxalq müşahidəçilər eyni rəydə oldular. Radikal müxalifətin verdiyi bəyanatın heç bir əhəmiyyəti yoxdur”.
Gununsesi.info