Refernedumla bağlı təbliğat-təşviat kampaniyasına start verildi - Partiyalar nə edirlər?

  • By admin
  • 05 Sentyabr 2016 14:34
1472734010img__0
Sentyabrın 3-dən etibarən sentybarın 26-da keçiriləcək refernedumla bağlı təbliğat-təşviat kampaniyasına start verilib. Artıq hakim yeni Azərbaycan Partiyası (YAP)  aktiv təşviqat kampaniyasına başlayıb və bu kampaniya respublikanın bütün bölgələrini əhatə edib. Hakim partiyadan fərqli olaraq müxalifət düşərgəsi isə  təbliğat-təşviqat kamapaniyasında passiv mövqe tutub.
Gununsesi.info  olaraq təbliğat-təşviqat kampaniyasında siyasi partiyaların mövqeyini öyrənməyə çalışdıq.
Müsavat Partiyasınn funksioneri Gülağa Aslanlı Gununsesi.info-ya açqlamasında bildirib ki, partiya olaraq təşviqat kampaniyasında iştirak etməyəcəklər. Onlar ancaq təbliğat-təşviqat kampaniyası çərçivəsində sentyabrın 18-də mitinq keçirməyi planlaşdırırlar. Təşviqat kamapaniyasında iştirak etməməyə gəldikdə isə G. Aslanlı bildirib ki, Müsavat Partiyası olaraq “Respublika” təşviqat  qrupu yaradıb laızmi sənədləri MSK-ya təqdim etsələr də, təşviqat qrupu qeydə alınmayıb. “Təşviqat qrupu olmadan təbliğat-təviqat kampaniyas aparmaq ciddi problemlər yarada bilər. Belə ki təşviqat aparan şəxslər qanunvericiliyə uyğun olaraq  məsuliyyətə cəlb oluna bilərlər. Ona görə də biz  qanunvericiliyin imkan verdiyi imkanlardan istifadə edib öz təbliğatımızı aparacağıq. Qanunvericilikdən kənar hər hansı təbliğat aparmaq niyyətində deyilik. Hər hansı partiya üzvünü əsassiz formada zərbə altına qoymaq istəmirik”- deyə, G. Aslanlı bildirib. G. Aslanlı onu da əlavə edib ki, hazırda Müsavat Partiyası referendumla bağlı müşahidəçilərin  yerləşdirilməsi ilə məşğuldur.
Klassik Xalq Cəbhəsi Partiyasınn (KXCP) sədri Mirmahmud Mirəlioğlu  Gununsesi.info-ya açqlamasında  bildirib ki, partiya refrendumu boykot etdiyindən, təşviqat kampaniyasnda iştirak etməyəcək. Hər hansı kütləvi etiraz aksiyalarının keçirilməsinə gəldikdə isə M. Mirəlioğlu deyib ki, bu məsələ üzvü olduqları Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində müzakirə olunur və müzakirələrin yekunu olaraq müvafiq qərar veriləcək.
“Üzvü olduğumuz Siyasi Partiyaların Əməkdaşllıq  Mərkəzinə daxil olan partiyaların referendumla bağlı mövqelərində fərqli fikirlər var.  Belə ki müəyyən qisim partiyalar KXCP kimi boykot  mövqeyini dəstəkləsələr də, bir qisim boykot tərəfdar deyil. Ona görə də təbliğat kampaniyasında hansısa ortaq mövqedən çıxış etmək məsələsi müzakirə olunur”- deyə, KXCP sədri vurğulayıb.
“Ümid” Partiyasının sədri İqbal Ağazadə isə Gununsesi.info-ya açqlamasında deyib ki,   rəhbərlik etdiyi təşkilat boykot qərarı seçdiyindən  təbliğat-təşviqat kamapaniyasında iştirak etmir.
 
ADP sədrinin müavini Taliyət Əliyev isə Gununsesi.info-ya açıqlamasında deyib ki,  ADP referendumda Vətəndaş və İnkişaf Partiyas ilə eyni mövqedən çıxış etdiyindən, referendumu boyok qərarı seçiblər. “Bununla əlaqədar olaraq iki partiyanın birgə bəyantı da var. Odur ki, biz təbliğat-təşviqat kampaniyası çərçivəsində hər hans prosesdə iştirak etmirik və passiv mövqe tuturuq”- deyə, T. Əliyev bildirib.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, onlar təbliğat-təşviqat kampaniyası çərçivəsində sentyabrın 11-də mitinq keçriməyi planlayırlar.
 “Yeni Azərbaycan” təşviqat qrununun üzvü, millət vəkili, YAP Siyasi Şurasnın üzvü Nizami Cəfərov isə deyib ki, təbliğat-təşviqat kampaniyasının aparılması üçün hər  cür normal şərait yaradılıb.
Hakim partiyanın həyata keçirdiyi təbliğat-təşviqat kampaniyasına gəldikdə N. Cəfərov deyib ki, referendum aktının qəbul olunması üçün «Yeni Azərbaycan» təşviqat qrupu xüsusi kampaniya həyata keçirir. “Bu prosesdə YAP-ı təmsil edən millət vəkilləri, hüquqşünaslar, iqtisadçılar, yəni mütəxəssislər iştirak edirlər. Burada referendum aktının məzmununun cəmiyyətdə çatdırılması əsas məsələdir. Məncə, insanlarla görüşdə  təbliğatçılar üçün heç bir çətinlik yoxdur. Çünki  cəmiyyətimiz kifayət qədər hazırlıqlı cəmiyyətdir”- deyə, o vurğulayıb. 
N. Cəfərovun fikrincə, müstəqillik illəri ərzində ölkədə aparılan siyasət elədir ki, Azərbaycan cəmiyyəti dünyaya açıqdır, dünyada, ölkədə baş verən prosesləri dərindən araşdırmaq, müqayisə aparmaq imkanına malikdir: “Ona görə də, bu məsələdə təbliğatın normal gedişi üçün hər cür şərait var. Sadəcə, bu proses həm də onunla əlamətdardır ki, cəmiyyətimiz dövlətin işində bilavasitə iştirak səviyyəsini daha da artıracaq. Yəni, bizim cəmiyyətimiz istənilən məsələni, xalqın, dövlətin, hətta dünyanın taleyi ilə bağlı olan məsələləri  çox obyektiv şəkildə müzakirə etmək və qərar qəbul etmək imkanına malikdir”. Konstitusiyaya edilən dəyişikliklərin zərurəti haqqında danışan millət vəkili deyib ki, bütövlükdə, Konstitusiyaya təklif olunan əlavə dəyişikliklər Azərbaycan Respublikasında gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün müraciətlərinin tam şəkildə təmin edilməsi, aidiyyatı orqanların fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, o cümlədən seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən, bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasından irəli gələn dəyişikliklərdir. “Bir sözlə, milli maraqlara xidmət edən Konstitusiya islahatları zərurətdən qaynaqlanır”- deyə, o bildirib.
 Mürtəza Bünyadlı 
Gununsesi.info