Regional büdcə kəsirdə qalıb

  • By admin
  • 01 İyun 2016 16:52

 

Budce pullari

 

2015-ci ilin büdcəsində yerli gəlirlər 834 milyon manat proqnozlaşdırılsa da, icrası 827.8 milyon manat olub. Gununsesi.info xəbər verir ki, şəhər və rayonların büdcə xərclərini örtmək üçün dövlət büdcəsindən 819 milyon manat ayrılıb.

2015-ci ilin yekunlarına görə, Bakı, Sumqayıt, Şirvan və Mingəçevir şəhərləri, eləcədə Abşeron və İmişli rayonları üzrə daxilolmalar xərclərini tam örtə bilməmişdi.

Ümumiyyətlə, hökumətin 2015-ci ilin büdcə icrasını təhlil etdikdə yerli icra orqanlarının büdcə öhdəliklərini çətinliklə icra etdiyini görürük. Məsələn, Sumqayıt şəhərinin büdcəsi 10.6 faiz, Xaçmaz 7.9 faiz, Ağsu 5.5 faiz, Lənkəran 3.5 faiz, Ağcabədi 5.6 faiz, İmişli 1.6 faiz, Şəki 2.9 faiz, Yevlax 4.1 faiz kəsirlə icra olunub.

Bir sıra regionalar üzrə daxilolmaların həcmi də əhəmiyyətli dərəcədə azalma müşahidə edilir. Məsələn, Sumqayıt üzrə daxilolmalar 2014-cü illə müqayisədə 8 fazi, İmişli 2.3 fazi, Şəki üzrə 1.4 faiz, Samux 7.1 faiz, Qax 6.5 faiz, Zaqatala 2.4 faiz azalıb.

Regionların büdcələrinin icrasında yaranmış problemin səbəblərini isə Hesablama Palatası öz hesabatında açıqlamayıb. Lakin ekspertlərən fikrincə, bunun nədənlərindən ən başlıcası investisiya xərclərinin azalması və regioanlara kapital qoyuluşunun azalmasıdır.

Lelyla SƏLİMLİ

Gununsesi.info