Rektor dərsə gecikən tələbələrə zəngli saat hədiyyə etdi - VİDEO

  • By admin
  • 16 Fevral 2018 10:35

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələri müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

Gununsesi.info xəbər verir ki, rektor 2 tələbəni – Famil Babayev və Abusupyan Adıyevə xüsusi mükafat verəcəyini deyərək onlara zəngli saat hədiyyə edib. Həmin tələbələr BANM-in dərslərə ən çox gecikən tələbələridir.

Rektor zəngli saatlarla tələbələrin bir də heç vaxt dərsə gecikməyəcəyinə inandığını bildirib.

Gununsesi.info