Rektordan qalmaqallı açıqlamalar - YAŞLI MÜƏLLİMLƏRİ YOLA SALMAQ LAZIMDIR

  • By admin
  • 10 May 2018 08:23
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı azedu.az təhsil portalına müsahibəsində qalmaqal yaradacaq fikirlər səsləndirib.
GUNUNSESİ.İNFO  xəbər verir ki, o, yaşlı müəllimlərin təhsil prosesindən tamamilə uzaqlaşdırılnmasını, onları uzaqbaşı məsləhətçi kimi saxlamağı təklif edib. Rektor ahıl müəllimlərin yeni texnologiya işləyə bilməməsini istehsalı şəkildə ciddi problem kimi təqdim edib: “Bu dəqiqə universitetdə 93 yaşında professor fəaliyyət göstərir. Tələbə üçün onu qavramaq çox çətindir.
Aktiv tədris və elmlə məşğul olmaq ayrı-ayrı məsələlərdir. Elmi araşdırmalarda yaşdan asılı olmayaraq, heç bir məhdudiyyət qoyulmur. Tədrisə gəldikdə isə insanın fiziki cəhətdən bildiklərini çatdırması məsələsi var. İndiki gənc çox yaşlı pedaqoqa qulaq asmaq istəmir. Onun səs tembri, tədris metodikası, yanaşma tərzi uyğun gəlmir. Tamam başqa-başqa müstəvilərdə danışılır və dinlənilir. Bu özü də, universitetdə müəyyən qədər nizam intizamın pozulmasına gətirib çıxarır. 93 yaşlı müəllim 80 nəfərlik auditoriyada tədris apara bilməz. Ona görə də belə müəllimlər məsləhətçi – professor təyin edilir. Magistrantlara gəldikdə isə onlar, artıq işləyirlər və yetəri qədər müasir texnologiyadan anlayışlıdırlar. Müasir texnologiyalardan və ya elmi nailiyyətlərdən məlumatı az olan professorun ona verdiyi dünənə aiddir, dünənki gündür. Texnologiyalar Azərbaycana gətirilir, lakin yeni avadanlıqlarla işləyən kadrlar universitetlərdə yetişdirilməlidir. Bu müəllim “maus”u tutub kursoru idarə edə bilmirsə, müasir texnologiyalarla işləyən magistranta necə təhsil versin? Məncə, çox yaşlı müəllimlərin yalnız məsləhətçi qismində işləməsi mümkündür. Müəyyən yaşdan sonra böyük auditoriyalarda aktiv tədris aparmaq çox çətindir”.