
Türkiyənin Tunceli vilayətinin Jandarma Xüsusi Təyinatlı Qüvvələri Mazgirt qəsəbəsində anti-terror əməliyyatı keçirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, kəşfiyyat məlumatı əsasında təşkil olunan əməliyyat zamanı PKK-nın bölgə lideri, “Renas İğdır” kod adlı terrorçu məhv edilib.
Belə ki, 20 gün öncə öldürülən Mazgirt bölgə lideri iranlı “Ağır” kod adlı Davudun yerinə keçmişdi.
Qeyd edək ki, terrorçunun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” avtomatı, xeyli sayda batareya və durbin aşkar edilib.
Anar
Gununsesi.info












