Reper “Bakı bağışlamır” dedi - VİDEO

  • By admin
  • 07 Oktyabr 2021 17:45

Azərbaycanlı müğənni Drek (Şamxal Novruzov) hip-hop janrında yazılan “Bakı bağışlamır” adlı yeni trekini təqdim edib.

Gununsesi.info xəbər verir ki, ərsəyə gələn işdən söz açan Drek kiçik bir əyalətdən böyük bir şəhərə gələn və böyük şəhərin burulğanında batan bir adamdan bəhs etdiyini bildirib: “Burada hekayənin qəhrəmanı narkotik və digər təhlükəli maddələrin istifadəsindən əziyyət çəkir və zaman keçdikcə qəhrəman faciəli bir sona yaxınlaşır. Mahnının adı “Bakı bağışlamır”dır, yəni Bakı bu böyük şəhərin girdabına düşənləri heç vaxt bağışlamır. Bundan əlavə, indiki dövrdə Azərbaycanda təhlükəli maddələrin istifadəsinə qarşı böyük etiraz dalğası artmaqdadır. “Bakı bağışlamır”bu mövzuda ən yaxşılardan biridir”.

Qeyd edək ki, Drek 2003 -cü ildən fəaliyyət göstərir, eyni zamanda səs rejissoru kimi işləyir. Bu günə qədər 2 albom və 12 sinql çıxarıb.

Gununsesi.info