
Sərnişinləri mənzil başına çatdırmaq istəyi sürücüyə cərimə hesabına başa gəlib.
Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, normadan artıq sərnişin yığmaqla yaratdığı təhlükənin fərqində olmayan belə sükan sahiblərinə keçirilən reyd zamanı az rast gəlinməyib.
Bakı-Qazax magistralının Goranboy rayonu ərasizində yol polisinin keçirdiyi reyd Gəncə istiqamətinə qanunu pozaraq sərnişin daşıyan iri və orta tutumlu ictimai nəqliyyat vasitələrinin sürücülərinin məsuliyyətə cəlb edilməsinə səbəb olub.
Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Vüqar Hüseynovun sözlərinə görə, sürücülərə tövsiyə odur ki, sərnişin daşıma qaydalarını pozmasınlar: “Maşınlara əlavə avadanlıqlar qoşmasınlar və gündəlik xəttə çıxan zaman həkim müayinəsindən keçsinlər”.
Reyd zamanı 30 halda inzibati qaydanın pozulması aşkar edilib. Bunlardan 9-u sərnişindaşıma qaydalarının pozulması, 4 protokol avtomobilin konstruksiyasına əlavə avadanlıqların qoşulması, qalan hüquqpozmalar isə ötmə, manevr etmə qaydalarının pozulması, sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi olub.
Anar
Gununsesi.info












