Rezidenturaya ixtisas seçimi başladı

  • By admin
  • 10 İyul 2018 09:26

Картинки по запросу Dövlət İmtahan Mərkəzi

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.
 Dövlət İmtahan Mərkəzindən Gununsesi.info-ya verilən xəbərə görə, ixtisas seçimi iyulun 16-dək aparılacaq.
Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.
 Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsinin nəticələri dünən açıqlanıb.