Reznikov rusların əsas hücum istiqamətlərini AÇIQLADI

  • By admin
  • 07 Mart 2022 11:39

“Rusların əsas hücum istiqamətləri Kiyev, Xarkov, Çerniqov və Nikolayev şəhərləridir. Biz sayıqlığımızı itirmirik və Rusiya ordusuna sərt cavablar veririk. Hökumət humanitar dəhlizləri təmin etmək üçün mümkün olan hər şeyi edir. Amma bu, asan məsələ deyil. Çünki ruslar verdikləri sözə əməl etmirlər. Onlar yaşayış məntəqələrini hədəf alır, mülki şəxsləri atəşə tutur”. 

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov xalqa müraciətində deyib.

Nazir bildirib ki, Ukrayna xalqının öz vətəni uğrunda vuruşduğunu bütün dünya görür: “Silah-sursat tədarükü ilə bağlı məlumat verməyəcəyəm. Amma bilin ki, ciddi irəliləyiş var. Ukrayna xalqı böyük şücaət göstərir. Bizim ruslar qarşısında ən böyük üstünlüyümüz cəmiyyətimizin həmrəyliyidir. Müvəqqəti ələ keçirilən bütün şəhər və kəndləri geri qaytaracağıq. Xerson, Kaxovka, Melitopol, Berdyansk və Heniçeskdə baş verənlər göstərdi ki, rusların gecikmədən ölkəmizdən çıxması daha yaxşı olar”.

Gununsesi.info