Riçard Spenser Pentaqona başçılıq edəcək

  • By admin
  • 10 İyul 2019 11:28

ABŞ Hərbi Dəniz Qüvvələri naziri Riçard Spenser müvəqqəti olaraq Pentaqona başçılıq edəcək. Gununsesi.org xəbər verir ki, bu barədə “Military Times” nəşri Pentaqonun rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

“Son iki həftəni biz nazir Spenserlə onu bu vəzifəyə hazırlamaq üçün vaxt keçirdik”, – deyə mənbə söyləyib.

 Qeyd edək ki, ki, Prezident Donald Tramp iyunun 21-də Spenserin bu posta namizədliyini təklif edib.

Xatırladaq ki, ABŞ-ın Müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan cari ilin iyunun 24-də vəzifəsindən istefa verib.

Gununsesi.org