“Rio-2016”da güləş, boks, cüdo, taekvondo və gimnastika üzrə medal qazanılacağına ümid edilir - MOK-dan AÇIQLAMA

  • By admin
  • 26 İyul 2016 10:18

cinnn

 

“Son dövrdə Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük uğurlar qazanırlar. Xüsusilə Olimpiya Oyunlarında nəticələrimiz get-gedə yaxşılaşır. Tezliklə Rio-de-Janeyroda Olimpiya Oyunları start götürəcək. İnanırıq ki, idmançılarımız bu Olimpiadada da uğur qazanacaqlar”.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açiqlamasında deyib.

Ç.Hüseynzadə bildirib ki, “Rio-2016”da əsasən, güləş, boks, cüdo, taekvondo və gimnastika üzrə medallar qazanılacağına ümid edilir: “Biz velosipedçilərimizdən də nailiyyət gözləyirik. Əminəm ki, həm keyfiyyət və həm də kəmiyyət etibarı ilə medalların sayı London Olimpiadasından geri qalmayacaq”.
Gununsesi.info