Robert Köçəryan xəstəxanadan həbsxanaya qaytarıldı

  • Müəllif: admin
  • 17 Dekabr 2019 17:16

Ermənistanın ikinci prezidenti Robert Köçəryan müalicə aldığı xəstəxanadan cəzaçəkmə müəssisəsinə köçürülüb.

Gununsesi.org  Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Köçəryanın vəkili Aram Orbelyan məlumat verib.

Robert Köçəryan dekabrın 11-də xəstəxanaya aparılmışdı.

Sabiq prezident oktyabrda əməliyyat edilib.

Gununsesi.org