
Almaniyada məşhur “Rock am Ring” rok-festivalının tamaşaçıları terror təhlükəsi ilə əlaqədar təxliyə ediliblər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobil yarışlarının keçirildiyi Nürenberq arenasında “Rock am Ring” rok-festivalı Cümə, Cüməertəsi və bazar günündək davam edəcəkdi.
Belə ki, terror təhlükəsi səbəbilə festivalın açılışı qeyri-müəyyən müddətədək təxirə salınıb.
Koblenz səhər polisinin verdiyi məlumata görə, “Rock am Ring” rok-festivalının tamaşaçıları terror təhlükəsi səbəbilə təxliyə edilib: 90 min nəfər tutumu olan Nürenberq arenasına toplaşan bütün tamaşaçıların festivalı tərk etməsini xahiş etdik. Tamaşaçılar da arenanı bizim nəzarətimiz altında tərk etdilər”.
Qeyd edəkki, “Rock am Ring” Avropanın ən irimiqyaslı musiqi festivallarındandır. Festival 1985-ci ildən etibarən keçirilir.
Bu il keçirilməsi planlaşdırılan festivalda “Die Toten Hosen”, “Rammstein” və “System Of A Down” kimi məşhur qrupların iştirakı nəzərdə tutulmuşdu.
Xatırladaq ki, bir müddət əvvəl Mançesterdə konsert zamanı kamikadze-terrorçunun törətdiyi partlayışdan sonra “Rock am Ring” rok-festivalının təhlükəsizliyinin təmin olunmasına 200 polisl cəlb olunub.
Anar
Gununsesi.info









