Roma Papası Ukrayna xalqına görə ağladı - VİDEO

  • By admin
  • 09 Dekabr 2022 10:21

Roma Papası Fransisik Ukrayna xalqı ilə bağlı dua edərkən ağlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Papa Tanrıdan Ukraynaya sülh arzulayarkən Rusiya müharibəsinin dəhşətli nəticələrindən əziyyət çəkən xalqın halına acıyıb.

“Müqəddəs Tanrı, bu gün Sizə Ukrayna xalqının uzun müddətdir ki, Rəbbdən xahiş etdiyimiz sülhə görə minnətdarlığını çatdırmaq istəyirəm. Əvəzində bu əzablı, səbirli məmləkətin övladlarının, qocalarının, ata və analarının, gənclərinin dualarını bir daha sizə təqdim etməliyəm. Amma əslində bilirik ki, Siz bütün əziyyət çəkənlərin yanındasınız”, – deyə Papa bildirib.

“Ukrayna xalqı” sözlərindən sonra Papa danışmağı dayandırıb və ağlamağa başlayıb.

Gununsesi.info