Ronaldo dünya rekordçusu oldu

  • By admin
  • 02 Sentyabr 2021 09:34

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu qırıb.

Gununsesi.info xəbər verir ki, 36 yaşlı hücumçu buna İrlandiyaya qarşı keçirdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.

89-cu dəqiqədə komandasının bərabərlik qoluna imza atan forvard yığmada 110-cu dəfə fərqlənib. Beləliklə, Ronaldu milli komandalarda ən çox qol vuran oyunçu ünvanına sahib çıxıb.

Təcrübəli oyunçu 90+6-cı dəqiqədə isə Portuqaliyaya qələbə qazandırıb – 2:1.

Qeyd edək ki, Əli Daei İran millisində 109 qol vurub.

Gununsesi.info