Ronaldo zirvəyə yaxınlaşdı

  • By admin
  • 10 İyun 2017 16:07

ronaldo

 

Avropa ölkələrinin milli komandalarında ən çox qol vuran futbolçularının siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo bu cədvəldə 3-cü pilləyə yüksəlib.

O, buna DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Latviya ilə oyunda 2 qola imza atmaqla nail olub. Hücumçu bu dublla yığmadakı qol sayını 73-ə çatdırıb. Ronado bu qolları 139 görüşdə vurub.

Portuqaliyalı “köhnə qitə”də yalnız əfsanəvi macarlar – Ferents Puşkaşla Şahdor Koçişdən geri qalır. Ronaldonu ikinci pillədən cəmi 2 qol ayırır.

 

Avropa yığmalarının ən yaxşı bombardirlər

Ferents Puşkaş (Macarıstan/İspaniya) – 84 qol (89 oyun)

Şandor Koçiş (Macarıstan) – 75 (68)

Kriştianu Ronaldo (Portuqaliya) – 73 (139)

Miroslav Kloze (Almaniya) – 71 (137)

Herd Müller (AFR) – 68 (62)

Robbi Kin (İrlandiya) – 68 (146)

Zlatan İbrahimoviç (İsveç) – 62 (116)

İmre Şlosser (Macarıstan) – 59 (68)

David Vilya (İspaniya) – 59 (97)

Yan Koller (Çexiya) – 55 (91)

Yoahim Ştrayx (ADR) – 55 (102)

Ueyn Runi (İngiltərə) – 53 (115)

Poul Nilsen (Danimarka) – 52 (38)

Yon-Dal Tomasson (Danimarka) – 52 (112)

Loyoş Tixi (Macarıstan) – 51 (72)

Hakan Şükür (Türkiyə) – 51 (112)

Tyerri Anri (Fransa) – 51 (123)

 

Qeyd edək ki, Azərbaycan millisində ən çox qol vuran Qurban Qurbanovun aktivində 14 qol var.

 

 

Gununsesi.info