Ronaldonun çəkidiyi reklam gülüş hədəfi oldu - VİDEO

  • By admin
  • 17 Avqust 2019 10:12

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo çəkildiyi reklamla gülüş hədəfi olub.

Gununsesi.org xəbər verir ki, “Shopee” Sinqapur şirkətinin reklamında rol alan futbolçunun video-çarxı Tvitterdə paylaşıldıqdan sonra minlərlə lağlağı şərhlər yazılıb. Belə ki, kadrlarda Ronaldo cərimə zərbəsini yerinə yetirdikdən sonra qol sevinci yaşayır. Ancaq tribunalardakı azarkeşləin səsi çıxmır və hamının başı smartfonuna qarışıb. Bu zaman hakim Ronaldoya brendin təsviri olan vərəqə göstərir. Bundan sonra əlinə smartfon alan Ronaldo brendin reklam musiqisi altında rəqs etməyə başlayıb.

İzləyicilər “Bu reklama görə Ronaldoya minimum milyard dollar qonorar veriblər”, “Olar Ronaldonu əsl gülüş hədəfinə çevirməyi bacardılar” və s. kimi şərhlər yazıblar.

Gununsesi.org