
“Mançester Yunayted”ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub.
İngiltərə Premyer Liqasının dördüncü turunda evdə “Nyukasl”ı qəbul edən “qırmızı şeytanlar” 4:1 hesablı qələbə qazanıblar.
Ronaldu birinci qolunu ilk hissəyə əlavə edilmiş dəqiqədə vurub. Ulduz futbolçu növbəti dəfə oyunun 62-ci dəqiqəsində fərqlənib.
Bu qələbə ilə xalını 10-a yüksəldən “qırmızı şeytanlar” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Gununsesi.info