Ronaldu xanımına yenə nişan üzüyü alıb -NFOTO

  • By admin
  • 21 İyun 2018 13:56

Portuqaliya yığmasının kapitanı, İspaniyanın “Real” (Madrid) klubunun ulduzu Kriştianu Ronaldu aylardan bəri birlikdə yaşadığı Corcina Rodrigeslə nişanlanıb.

Gununsesi.info TMZ-yə istinadən bildirir ki, 24 yaşlı Rodriges dünən Moskvadakı “Lujniki” stadionunda DÇ-2018-in qrup mərhələsində Portuqaliya-Mərakeş matçını tribunada izləyib.

Həmin matçda 33 yaşlı Ronaldu qələbə qolunu vurub.

 K.Rodriges kameralara barmağındakı nişan üzüyünü də göstərib. Bu üzük Ronaldunun xanımına ikinci nişan hədiyyəsidir. İlk nişan üzüyünün qaşının forması fərqli idi.

Kriştianu Ronaldu ilə Corcina Rodriges 2016-cı ilin payızında görüşməyə başlamışdılar. Ötən il isə K.Rodriges futbolçunun dördüncü övladını, Alana Martina adlı qızı dünyaya gətirib.

 

Ronaldu xanımına yenə nişan üzüyü alıb - FOTO

  • Ronaldu xanımına yenə nişan üzüyü alıb - FOTO