Rövnəq Abdullayev qazın təziqinin zəif olmasından danışdı

  • Müəllif: admin
  • 18 Oktyabr 2016 13:00

rovnaq-1

Qış mövsümündə Azərbaycanda əhalinin qazla təminatında problemlər olmayacaq.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə SOCAR  prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, qazın verilişində qış rejiminə keçid noyabrın 1-dən həyata keçirilir: “Keçidə hazırlıq prosesi isə həmin tarixdən 15 gün əvvəl start götürür. Bir neçə gündən sonra buna tam hazır olacağıq. Son günlər bəzi rayonlarda qazın verilişinin səviyyəsinin zəif olmasına gəlincə, bu, havanın soyumasına görə qaz istehlakının artması ilə əlaqədardır”.

Gununsesi.info