Rövşən Almuradlının Bakı metrosunda səhhəti pisləşdi – Reanimasiyadadır

  • By admin
  • 10 Dekabr 2017 12:48

 

Tanınmış rejissor və ssenarist Rövşən Almuradlının səhhəti pisləşib.

Gununsesi.info-nun verdiyi məlumata görə, dünən axşam saatlarında Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında olarkən onun vəziyyəti pisləşib.

R.Almuradlının ürək və ağciyərində problem yaranıb.

O, ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Gununsesi.info