Roya avtomobil qəzasına düşdü

  • Müəllif: admin
  • 23 Noyabr 2018 20:45

Əməkdar artist Röya Ayxan avtomobil qəzasına düşüb.

Gununsesi.org  BakuPost.az-a istinadən xəbər verir ki,sənətçi təcili tibbi yardım maşını ilə Bakıda özəl klinikalardan birinə yerləşdirilib.

Klinikadan verilən xəbərə görə, o, təcili tibbi yardım şöbəsinə qəbul edilib. Müğənniyə ilkin tibbi müdaxilə edilib.

İlkin həkim rəyinə görə, Röya ciddi xəsarət almayıb. Onun əsasən qol nahiyəsi əzilib.

Hadisənin necə baş verməsi ilə bağlı hər hansı məlumat yoxdur.

Bu arada sosial şəbəkədə Hacı Nuranın müğənnini ziyaət fotosu yayılıb. Həmin foto ilə bağlı hacı Nuran qeyde dib ki, Röya artıq evindədir.