Röya Ayxandan Aygün Bəylərə cavab: - ÇALIŞSIN QIZININ TALEYİ HƏR KƏSDƏN YAXŞI OLSUN

  • By admin
  • 22 Dekabr 2017 16:14

Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər ARB telekanalında yayımlanan “Səhər səhər” verilişdə qonaq olub. Verilişdə gündəmi zəbt edən “Altın kelebek” mükafatlandırılmasına görə aralarında qalmaqal yaranan Röya Ayxan və Nigar Camal müzakirə olunub.

Aparıcı Elgiz Əkbərin R.Ayxanı sənətkar adlandırmasından əsəbləşən Aygün Bəylər etirizanı bildirərək Röyanın mahnıları və səsini bəyənmədiyini söyləyib.

Əməkdar artist Röya Ayxan da məsələyə münasibət bildirib. Primetime.az-a açıqlama verən ifaçı həmkarı ilə aralarındakı soyuqluğun illər öncə yarandığını dilə gətirib: “Bir məclisdə üz-üzə gələndə ondan soruşdum ki, Aygün mənimlə nə problemin var? Niyə mənə nifrət edirsən? Cavab verdi ki, sən məni görüb salam verməmisən.

Ona dedim ki, mən elə tərbiyəsizlik etmərəm. Ola bilər ki, fikirli olmuşam. Əgər səbəb budursa mən səndən üzr istəyirəm. Məsələ bitdi? Rahatladın? Həmin vaxt orada çox hörmətli 5 insan var idi. Amma bilirdim ki, məsələ tək bu deyil. Aygünə demək istəyirəm ki, çalışsın qızının taleyi hər kəsdən yaxşı olsun. Allah övladını xoşbəxt eləsin”.

Gununsesi.info